1Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin,
2Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin!
3Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük.
4Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin.
5Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır!