1Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
2Niyə millətlər belə desin: «Onların Allahı haradadır?»
3Allahımız göylərdədir, Öz istədiyini edir.
4Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir.
5Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür,
6Qulaqları var, eşitmir, Burunları var, qoxu bilmir,
7Əlləri var, hiss etmir, Ayaqları var, gəzə bilmir, Boğazlarından səs gəlmir.
8Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar.
9Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
10Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
11Ey Rəbdən qorxanlar, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz!
12Rəbb bizi unutmayıb, Bizə xeyir-dua verəcək – İsrail nəslinə xeyir-dua verəcək, Harun nəslinə xeyir-dua verəcək,
13Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək.
14Qoy Rəbb sizi, Sizi və nəslinizi artırsın!
15Rəbdən, göyləri və yeri Yaradandan Bərəkət alasınız!
16Rəbb səmaya sahibdir, Yeri bəşər övladlarına verdi.
17Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər.
18Lakin biz Rəbbə alqış edirik İndidən sonsuzadək. Rəbbə həmd edin!