Zəbur 123:1-4 AZE2010 - Bible AI

1Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm.

2Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.

3Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq.

4Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.

© 2010 Bible Society of Azerbaijan
iv>