Zəbur 124:1-8 AZE2010 - Bible AI

1İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı,

2Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı,

3Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar,

4Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı,

5Azğın sular üstümüzü basardı.

6Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi.

7Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu.

8Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.

© 2010 Bible Society of Azerbaijan
iv>