Zəbur 126:1-6 AZE2010 - Bible AI

1Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi.

2Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».

3Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb.

4Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.

5Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək.

6Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

© 2010 Bible Society of Azerbaijan
iv>