Zəbur 131:1-3 AZE2010 - Bible AI

1Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm.

2Ovunub səsimi kəsmişəm, Ana qucağında olan körpə kimiyəm, Sanki bir sakit körpəyə dönmüşəm.

3Ey İsrail, Rəbbə ümidini bağla, İndidən sonsuzadək ümidini Ona bağla!

© 2010 Bible Society of Azerbaijan
iv>