Zəbur 133:1-3 AZE2010 - Bible AI

1Nə yaxşıdır, nə xoşdur Qardaş olub bir yaşamaq!

2Belə yaşamaq qiymətli yağ kimidir; O yağ ki başa çəkilib saqqala, Harunun saqqalından paltarının yaxasına axırdı.

3Sanki Xermon dağının şehi Sion dağlarına düşür, Çünki Rəbb buyurub ki, Bu məkana bərəkət, əbədi həyat verilsin.

© 2010 Bible Society of Azerbaijan
iv>