Zəbur 30:1-12 AZE2010 - Bible AI

1Ya Rəbb, Səni ucaldıram, Çünki Sən məni qurtardın, Düşməni mənə görə sevinməyə qoymadın.

2Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin.

3Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin.

4Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Müqəddəsliyini yada salın, Ona şükürlər edin.

5Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.

6Dinclik tapanda dedim: «Əsla sarsılmaram».

7Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.

8Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım:

9«Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi?

10Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat».

11Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün.

12Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!

© 2010 Bible Society of Azerbaijan
iv>