Zəbur 47:1-9 AZE2010 - Bible AI

1Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin!

2Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır!

3Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb.

4Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. Sela

5Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi.

6Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin!

7Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin.

8Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir.

9İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır!

© 2010 Bible Society of Azerbaijan
v>