Zəbur 52:1-9 AZE2010 - Bible AI

1Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.

2Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.

3Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. Sela

4Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!

5Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. Sela

6Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər:

7«Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi».

8Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm.

9Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!

© 2010 Bible Society of Azerbaijan
v>