Zəbur 54:1-7 AZE2010 - Bible AI

1Ey Allah, isminlə məni qurtar, Qüvvənlə mənə bəraət ver.

2Ey Allah, mənim duamı dinlə, Dilimdən çıxan sözlərə qulaq as.

3Yadellilər əleyhimə qalxıblar, Zalımlar canımı almaq üçün məni axtarırlar, Heç Allaha baxmırlar. Sela

4Budur, Allah mənə kömək edir, Xudavənd ömrümə dayaq olur.

5O bu şəri düşmənlərimə tərəf döndərəcək. Mənim sadiq Allahım, düşmənləri yox et!

6Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!

7Məni hər darlıqdan xilas etdin, Gözüm düşmənlərimin məhvini gördü.

© 2010 Bible Society of Azerbaijan
v>