Zəbur 67:1-7 AZE2010 - Bible AI

1Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. Sela

2Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın.

3Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.

4Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. Sela

5Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin.

6Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib.

7Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!

© 2010 Bible Society of Azerbaijan
v>