Zəbur 76:1-12 AZE2010 - Bible AI

1Allah Yəhudada şöhrətlidir, İsraildə Onun adı böyükdür.

2Çardağı Salemdədir, Məskəni Siondadır.

3Allah orada alovlu oxları, Qalxan-qılıncı və bütün silahları qırdı. Sela

4Ey Allah, şərəfli Sənsən, Ulu dağlardan da əzəmətlisən!

5Cəsur ürəklilər talan oldu, Ölüm yuxusuna daldı, Bütün cəngavərlərin əlləri sustaldı.

6Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı.

7Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər?

8Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi.

9Onda, ey Allah, hökm çıxarmaq üçün, Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. Sela

10Qəzəbli insanlar belə, Sənə şükür edir, Qəzəbdən qurtulanları Özünə bağlayırsan.

11Allahınız Rəbbə əhd edin və yerinə yetirin, Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.

12O, hökmdarların nəfəsini kəsər, Dünya padşahlarını vahimələndirər.

© 2010 Bible Society of Azerbaijan
iv>