Zəbur 87:1-7 AZE2010 - Bible AI

1Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir,

2Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir.

3Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: Sela

4«Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.

5Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”.

6Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. Sela

7Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”».

© 2010 Bible Society of Azerbaijan
v>